RU

Mərkəz üçün yeni hədəf - “Mançester Yunayted” danimarkalını izləyir

Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Hulmand karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.Biz “Topskills Sports” nəşrinə istinadla xəbər verir ki, 26 yaşlı futbolçu ilə "Mançester Yunayted" maraqlanır. Yayda mümkün transferin dəyəri müqavilədə göstərilən 80 milyon avroluq (160 milyon AZN) sərbəstqalma bəndinə baxmayaraq təxminən 50 milyon avro (100 milyon AZN) ola bilər.

Bildirilib ki, dayaq yarımmüdafiəçisi “qırmızı şeytanlar”ın növbəti pəncərədə mərkəz xəttini gücləndirmək üçün əsas namizədlərindən biridir.

Hulmand bu mövsüm bütün turnirlərdə 30 matça çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz
Избранный
22
1
idman.biz

2Источники