RU

Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti bllindi

Batut və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, baş məşqçi Adil Hüseynzadənin rəhbərlik etdiyi tamblinq millisinin heyətinə son iki dünya çempionatının (2023, 2025) komanda hesabında qalibləri - 1996-cı il təvəllüdlü Mixail Malkin, 2004-cü il təvəllüdlü Tofiq Əliyev, 2005-ci il təvəllüdlü Adil Hacızadə və 2006-cı il təvəllüdlü Bilal Qurbanov daxil edilib.

Dünya Kuboku 21-22 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Избранный
33
sportinfo.az

1Источники