RU

İsrail İranın uranın zənginləşdirilməsi fəaliyyətindən məhrum olunmasını tələb edir

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

İsrail təkcə İranın uran zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də Tehranın bu cür fəaliyyətlərlə məşğul olmaq imkanından məhrum olunmasını tələb edir. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə aparıcı Amerika yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə bildirib.ABŞ prezidenti Donald Trampla 11 fevralda apardığı danışıqların nəticələri barədə danışarkən, o, ABŞ və İran arasında razılaşma perspektivlərinə yenidən şübhə ilə yanaşıb. “Əgər razılaşma əldə olunarsa, orada vacib hesab etdiyimiz bir neçə məqam olmalıdır. Bu, təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və dünyanın təhlükəsizliyi üçün vacibdir. Birincisi, bütün zənginləşdirilmiş materiallar İrandan çıxarılmalıdır. İkincisi, heç bir zənginləşdirmə fəaliyyəti olmamalıdır. Zənginləşdirmə prosesinin dayandırılması yox, zənginləşdirməyə imkan verən avadanlıq və infrastrukturun sökülməsi lazımdır. Üçüncüsü, ballistik raket məsələsini də həll etməliyik”, - deyə İsrailin baş naziri bildirib.Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
newscenter.az

3Источники