Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyada siyasi maddələrlə təqib olunan şəxslərin bu ölkəyə təhvil verilməyəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, spiker bununla bağlı rəsmi zəmanət açıqlayıb.
Onun sözlərinə görə, siyasi səbəblərlə axtarılan şəxslər nə saxlanılacaq, nə də üçüncü ölkəyə göndəriləcək:
“Sizə rəsmi şəkildə zəmanət verirəm — siyasi motivlərlə heç kim nə saxlanılacaq, nə də hər hansı üçüncü ölkəyə təhvil veriləcək”.
Bəyanat Moskva ilə İrəvan arasında hüquqi əməkdaşlıq və ekstradisiya məsələləri ətrafında artan gərginlik fonunda səsləndirilib. Son dövrdə Rusiya müxtəlif ittihamlarla axtarışa verdiyi şəxslərin geri qaytarılması üçün tərəfdaş ölkələrə müraciətləri gücləndirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта