RU

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vuruldu

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub.

İdman.Biz xəbər verir ki, keçirilməsi planlaşdırılan dörd oyundan üçü baş tutub.

“Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyinə görə matçın nəticəsi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

Günün ilk qarşılaşmasında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb. Birinci Liqanın iddialı təmsilçilərindən olan “STAR kargo” ilə “Şuşa” arasındakı duel isə turun ən maraqlı oyunu olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda önə keçsə də, aşağı liqa təmsilçisi son dəqiqələrdə üstünlüyü ələ alaraq qalib gəlib.

Son görüşdə Azərbaycan kubokunun son qalibi olan PFL inamlı qələbə sayəsində 1/4 finala yüksəlib.

Beləliklə, martın 15-də 1/4 final mərhələsində aşağıdakı cütlər üz-üzə gələcək:

“U-19” – “Yeni Suraxanı” / PFL
“Lənkəran” – “Baku Fire-2”
“STAR kargo” – “Neftçi İK”
“Xan-Lənkəran” – “Araz-Naxçıvan”.

İdman.Biz
Избранный
35
5
idman.biz

8Источники