Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında 1992-ci ilin fevralında baş vermiş Qaradağlı soyqırımı təhlil olunub.
Bildirilib ki, Qaradağlı Qarabağın cənub-şərqində, Xankəndi-Xocavənd yolu üzərində yerləşən strateji yaşayış məntəqəsi olub.
Bizim.Media xəbər verir ki, 1988-ci ildən münaqişənin silahlı mərhələyə keçməsi ilə kənd ön xəttə çevrilib, nəqliyyat əlaqələri kəsilib və faktiki təcrid vəziyyətində qalıb. Hücumun aktiv mərhələsi 14 fevral 1992-ci ildə başlayıb. Kənd bir neçə istiqamətdən intensiv atəşə tutulub, 17 fevral səhər saatlarında isə həlledici mərhələyə keçib. Müdafiəçilər sursatın tükənməsinə baxmayaraq, müqavimət göstərsələr də, günün ikinci yarısında kənd silahlı qüvvələrin nəzarətinə keçib.
İşğaldan sonra 118 nəfər əsir və girov götürülüb, onların bir hissəsi qətlə yetirilib, digərləri işgəncələrə məruz qalıb. Təxminən 200 yaşayış evi və sosial obyekt dağıdılıb, əhali məcburi köçkün vəziyyətinə düşüb.
Hadisələr siyasi nəticələrə də səbəb olub.
Qeyd olunub ki, Qaradağlı faciəsindən bir neçə gün sonra - 26 fevral 1992-ci ildə Xocalı soyqırımı baş verib ki, bu da həmin dövrdə mülki əhalinin məqsədli şəkildə hədəfə alındığını göstərib.
Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Qaradağlı faciəsi Azərbaycan tarixində mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi qiymətləndirilir və hadisələrin hüquqi-siyasi dəyərləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта