RU

"Nyukasl"ın kapitanı "Qarabağ"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

İngiltərənin "Nyukasl" klubunun kapitanı ağır zədələnib.

QOL.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bruno Gimarayes ciddi zədə alaraq uzun müddətlik sıradan çıxıb.

"Tottenhem"lə (2:1) matçın sonlarında meydanı tərk edən futbolçunun bud nahiyəsindən xəsarət aldığı dəqiqləşib. Baş məşqçi Eddi Hau "Aston Villa" ilə kubok oyunundan sonra futbolçunun zədələnməsindən danışıb:

"Bruno çox məyusdur, çünki karyerasında belə zədə yaşamayıb. Bərpa üçün təxminən 2 ay vaxt lazım olacaq. Böyük ehtimalla, o, mart ayındakı milli komandaların oyunlarından sonra sıraya dönəcək".

Məlumata görə, "Nyukasl" kapitanın iştirak etmədiyi son 10 Premyer Liqa oyununun heç birində qələbə qazana bilməyib. O meydanda olanda isə komanda oyunların 53.1%-də qalib gəlir, həmçinin daha çox qol vurur və az top buraxır.

Qeyd edək ki, onun yoxluğunda mərkəz xəttində yük Sandro Tonali, Co Uillok və Ceykob Remzinin üzərinə düşəcək.

Xatırladaq ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Избранный
33
teleqraf.com

1Источники