RU

NATO: Müharibə bitdikdən sonra Rusiya daha təhlükəli olacaq

NATO baş katibinin müavini Radmila Şekerinska bildirib ki, "Bütün kəşfiyyat hesabatlarımız və siyasi təhlillərimiz göstərir ki, müharibə bitdikdən sonra Rusiya daha da təhlükəli hala gələcək".

Turkustan.az xəbər verir ki, Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında "Avropalılar, bir araya gəlin. Daha çətin bir dünyada səsinizi geri qaytarın" adlı paneldə çıxış edib.

“Bütün kəşfiyyat hesabatlarımız və siyasi təhlillərimiz Rusiyanın müharibə bitdikdən sonra daha da təhlükəli olacağını deyir. Onların hərbi istehsalına və strukturuna baxsanız, bütün bunlar Rusiyanın xarici siyasətinin ekspansionist olduğu mesajını verir”, - deyə Şekerinska bildirib və əlavə edib ki, buna görə də müttəfiqlər tərəfindən müdafiə və istehsala investisiya qoyuluşları prioritet olaraq qalacaq.

Şekerinska bildirib ki, hamı qlobal təhlükəsizlik mühitinin "əvvəlkindən daha mürəkkəb, mübahisəli və çətin" olduğu ilə razılaşır və bu vəziyyətlə mübarizə aparmaq üçün bütün qüvvələrin bir araya gəlməli olduğunu bildirib.

Şekerinska iyul ayında keçiriləcək Ankara Zirvə Toplantısının müttəfiqlərin daha çox istehsal etmələri və buna nail olmaq üçün daha yaxşı hüquqi tənzimləmələr ehtiyacını müzakirə edəcəyini bildirib və müdafiə sənayesi məhsullarının satış proseslərinin "daha sürətli" edilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
23
1
turkustan.az

2Источники