RU

Vuçiç: 2012-ci illə müqayisədə ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə çoxdur

BAKI, 15 fevral. TELEQRAF

Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq.

Teleqraf xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

"Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir", - o vurğulayıb.

Vuçiç həmçinin qeyd edib ki, iki ölkə arasında sosial həyatın müxtəlif sahələrində əməkdaşlıq daha mühüm və daha böyük ola bilər və olmalıdır.

"Mən hesab edirəm ki, daha çox iş və səylərlə, bizim tərəfimizdən daha çalışqan yanaşma ilə gələcəkdə hətta daha yaxşı nəticələrə nail olacağıq. Bu vaxtadək biz 57 sənəd imzalamışıq və bunun üstünə bu gün imzalanmış onlarla digər sənədi də əlavə edə bilərik. Həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynamalıdır", - Serbiya lideri deyib.

Избранный
68
teleqraf.com

1Источники