RU

Serbiya prezidenti Azərbaycana səfər edəcək

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm.

Milli.Az xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.

"Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən və nazir Dubravka Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik", - deyə Vuçiç bildirib.

Milli.Az

Избранный
49
11
milli.az

10Источники