Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Psixiatrların fikrincə, bəzi insanların təqvimdəki konkret tarixlərdən qorxması təsadüfi deyil, bu hal psixoloji mexanizmlərlə bağlıdır.
Turkustan.az xəbər verir ki, Amur Dövlət Tibb Akademiyasının psixiatrı Aleksandr Aqarov belə qorxuların geniş yayılmış obsesiv-kompulsiv pozuntunun (OKP) bir forması olduğunu bildirib.
Onun sözlərinə görə, “13-cü cümə” ilə bağlı mənfi düşüncələr real təhlükədən deyil, cəmiyyətə ötürülən mədəni stereotiplərdən yaranır. Xüsusilə eyni adlı qorxu filmlərinin populyarlaşmasından sonra insanların şüurunda bu tarixlə bağlı neqativ gözlənti formalaşıb.
Həkim vurğulayıb ki, konkret gün və ya rəqəm nə uğursuzluq yarada, nə də hadisələrin qarşısını ala bilər — bütün təsir insanın psixoloji qavrayışı ilə bağlıdır.
Qeyd edək ki, 2026-cı ildə ayın 13-ü üç dəfə cümə gününə düşür: fevral, mart və noyabr aylarında. /Musavat.com/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.