RU

Vinisius sevgililər günündə sevgilisinə görün nə hədiyyə edib

“Real Madrid”in yarımmüdafiəçisi Vinisius Juniorun sevgilisi Virciniya Fonseka futbolçunun Sevgililər Günü üçün ona verdiyi hədiyyələri nümayiş etdirib.

Publika.az xəbər verir ki, Virciniya yeni çantası, V formalı qutuya bükülmüş qırmızı gül dəstəsi və əvvəlki evlilikdən olan üç övladı üçün hədiyyələr olan çantalarla çəkdirdiyi şəkli paylaşıb.

“Sevgililər Günü! Otağıma çatdım və məni və uşaqları sürprizlər gözləyirdi. Səni sevirəm, sevgilim. Hər şey üçün təşəkkür edirəm, Vinni. Mükəmməl çantanı seçmisən, haha.

PS: 30 dərəcə istidə məşq etdiyim üçün bikini, şort və idman ayaqqabısı geyinmişəm ”, – Virciniya “İnstaqram”da yazıb.

Избранный
42
1
publika.az

2Источники