RU

“Hüquqla Güclən!” layihəsi gənclərin hüquqi savadlılığını artırır – FOTO 

Azərbaycan Respublikasının Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Hüquqla Güclən!” layihəsini həyata keçirir. Layihənin rəhbəri İsmayıl Rizayevdir.

Doğru.az xəbər verir ki, layihənin əsas məqsədi məktəblilər və tələbələr arasında hüquqi savadlılığı artırmaq, onların hüquq və vəzifələri barədə biliklərini gücləndirmək, eləcə də gənclərin gündəlik həyatda qarşılaşa biləcəkləri hüquqi məsələlər barədə məlumatlandırmaqdır.

Layihə çərçivəsində 3 ümumtəhsil məktəbi və 3 ali təhsil müəssisəsində maarifləndirici təlimlər keçirilir. Təlimlər interaktiv formatda təşkil olunur, iştirakçılara hüququn əsas anlayışları, vətəndaş hüquqları, hüquqi məsuliyyət, hüquqların müdafiə mexanizmləri və real həyat situasiyaları izah edilir.

Layihənin əhəmiyyəti gənclərin hüquqi biliklərinin artırılması, cəmiyyətdə daha məlumatlı və məsuliyyətli vətəndaş kimi formalaşmasıdır.

DOĞRU.AZ

image-img-20260209-wa0141 image-img-20260215-wa0180 image-img-20260209-wa0134image-img-20260215-wa0178 image-img-20260215-wa0179

Избранный
37
1
dogru.az

2Источники