RU

Avropa nəhəngləri Nusa uğrunda mübarizə aparır ADLAR

Fanat saytına istinadən ain.az xəbər verir.

Almaniyanın "Leyptsiq" klubunun cinah hücumçusu Antonio Nusa bir neçə tanınmış Avropa təmsilçisinin transfer siyahısındadır.

Fanat.Az "Fussballdaten"ə istinadən xəbər verir ki, gənc forvardın xidmətində "Arsenal", "Aston Villa", "Milan" və "Napoli" maraqlıdır.

20 yaşlı norveçlinin müqaviləsində sərbəstqalma məbləği olmasa da, mənbə "Leyptsiq"in onu 50-60 milyon avroya sata biləcəyini vurğulayıb. Məlumata görə, "öküzlər" Nusanin satışından əldə ediləcək böyük məbləği bir neçə yeni gəncin heyətə qatılmasına xərcləmək istəyirlər. 

Bu mövsüm bütün turnirlərdə 22 matça çıxan Antonio 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Leyptsiq"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
fanat.az

2Источники