RU

“Bavariya” son 6 ildə ilk dəfə yarımfinala yüksəldi

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya kubokunda ötən həftə start götürən 1/4 final mərhələsinə bu həftə yekun vuruldu. "Football-plus.az" xəbər verir ki, ilk oyun günündə Berlindəki ''Olimpiyaştadion''da 2-ci bundesliqada çıxış edən ''Herta'' bu mövsüm avrokuboklarda iştirak edən ''Frayburq''u qəbul etdi. Qeyd edək ki, turnirin finalı hər il məhz bu stadionda keçirilir. ''Herta'' bu mövsüm qarşısına həm elitaya qayıtmaq, həm də doğma stadionda final oynamaq hədəfi qoymuşdu. Sonuncu dəfə bu turniri 2002-də qazanan paytaxt təmsilçisi yarımfinala sonuncu dəfə 2015/16-da yüksəlmişdi. Əsas vaxtı qolsuz başa çatan görüşdə ''Frayburq'' əlavə vaxtda hesabı açmağa müvəffəq oldu. Düzdü, ''Herta'' xarakter nümayiş etdirərək oyunu penalti seriyasına daşımağı bacardı. Amma futbol lotereyasında sevinən qonaqlar oldu. ''Frayburq'' 2022-dən bəri ilk dəfə yarımfinala yüksəldi. 4 il öncə bu komanda finalda oynamış və penalti seriyasında Domeniko Tedeskonun ''Leyptsiq''inə məğlub olmuşdu. Bu mərhələnin ən maraqla gözlənilən dueli ikinci oyun gününə təsadüf etdi. ''Bavariya'' bu mövsüm bundesliqada ''Leyptsiq''i 6:0 və 5:1 hesabları ilə darmadağın etmişdi. Düzdü, ''Leyptsiq'' bu dəfə darmadağın olmadı və güclü rəqibinə layiqincə müqavimət göstərdi. Amma komandanın sürprizə gücü çatmadı. Matçın ən mübahisəli anı 28-ci dəqiqəyə təsadüf etdi. Cərimə meydançası xətti üzərində Stanişiçin Nusaya qarşı aşkar kobudluğuna baxmayaraq, hakimin ''Bavariya''nın qapısına penalti təyin etməyə cürəti çatmadı. Elə oyundan sonra ''öküzlər''in çalışdırıcısı Ole Verner də bu epizodu qabardaraq hakimliyin oyunun səviyyəsinə uyğun olmadığını bildirdi. ''Rekordmayster'' ikinci hissədə rəqibin müqavimətini qıra bildi. Maraqlıdı ki, Stanişiçin penalti qazandığı epizoddan cəmi 30 saniyə öncə ''Bavariya''nı qoldan tir xilas etdi! Qazanılan penaltini isə Keyn həmişəki kimi soyuqqanlı şəkildə yerinə yetirdi. Çox keçmədən Olisenin mükəmməl ötürməsini dəyərləndirən Dias yekun nəticəni müəyyənləşdirdi. Qəribə səslənsə də, turnirin 20 qat qalibi olan ''Bavariya'' son 6 (!) ildə ilk dəfə yarımfinala yüksəldi. Bu müddətdə komanda üç dəfə mübarizəni 1/16 finalda, yəni ikinci mərhələdə dayandırmışdı.  1/4 finalBavariya - Leyptsiq 2:0Keyn, 64-p. Dias, 67.Bavariya: Noyer, Stanişiç (Laymer, 69), Upamekano, Ta, Devis (İto, 90+4), Kimmix, Pavloviç (Qoretska, 80), Olise, Qnabri (Musiala, 69), Dias, Keyn.Leyptsiq: Vandevoordt, Baku, Orban, Lukeba (Bitşiabu, 90+4), Raum, Zayvald, Şlager (Banzuzi, 78), Baumqartner (Qomis, 89), Diomande, Nusa (Qruda, 78), Romulo (Harder, 78). Herta (D-2) - Frayburq 1:1, p. - 4:5Rise, 104 - Sudzuki, 96. Bu mərhələnin ''Bayer-04'' - ''Sankt Pauli'' (3:0) və ''Holştayn'' (D-2) - ''Ştutqart'' (0:3) oyunları ötən həftə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
icma.az

2Источники