RU

"Zirə"nin legioneri məşqlərə başladı - mövsümöncəsi sıradan çıxmışdı

Mövsümün əvvəlində zədələnərək sıradan çıxan "Zirə"nin hücumçusu AbdulAziz Baitibie məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, toqolu hücumçu müalicəsini başa vurub və fərdi məşqlərə start verib.

O, stadionda qaçışlar və trenajor zalında müəyyən bərpa hərəkətlərini yerinə yetirir.

Lakin gənc hücumçunun bu mövsüm meydana çıxmayacağı gözlənilir.

Onun yeni mövsümdən "Zirə"yə kömək edəcəyi ehtimal olunur. 

Qeyd edək ki, mövsümöncəsi "Şamaxı"ya qarşı hazırlıq matçında zədələnən Abdul Aziz ön çarpaz bağlarından əməliyyat edilmişdi.

"Zirə" onu yayda heyətinə qatıb.

saytlarin hazirlanmasi

Избранный
18
1
sportal.az

2Источники