RU

Azər Bağırov: “Heç nədən 3 qol buraxdıq” – ARENA.AZ

“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu, bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, onların etimadını doğruldaq. Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Çox “ucuz” qollar buraxırıq. Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
22
11
arena.az

10Источники