RU

Kallasdan Rusiya haqda xəbərdarlıq: Böyük təhlükədir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya danışıqlar masasında döyüş meydanında əldə etdiyindən daha çoxunu əldə edir”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

O bildirib ki, Rusiya cəbhə xəttində çox az irəliləyə bilib, lakin bunu 1,2 milyon insan itkisi bahasına əldə edib. Buna baxmayaraq, Moskva danışıqlar masasında reallığa uyğun olmayan tələblər irəli sürür:

“Bu gün Rusiya məğlub vəziyyətdədir, iqtisadiyyatı dağılıb, Avropa enerji bazarlarından kənara çıxıb, vətəndaşları isə ölkədən qaçır. Əslində, Rusiyanın yaratdığı ən böyük təhlükə ondadır ki, o, danışıqlar masasında döyüş meydanında əldə etdiyindən daha çoxunu qazanır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
95
globalinfo.az

1Источники