“Fənərbaxça” Domeniko Tedeskonun rəhbərliyi altında Super Liqada 19 oyunda məğlub olmur.
Publika.az xəbər verir ki, İstanbul nəhəngi Türkiyə çempionatının 22-ci turunda “Trabzonspor”u (3:2) məğlub edib.
Beləliklə, “Fənər” 40 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk 19 liqa matçında məğlubiyyətsiz qalıb (13 qələbə, 6 heç-heçə).
Tedesko, ən uzun müddətli məğlubiyyətsiz seriya ilə Oskar Holdun 1964-cü ilin oktyabrından 1965-ci ilin fevralına qədər 19 məğlubiyyətsiz oyun rekordunu təkrarlayıb.