İngiltərə kubokunda 1/16 final oyunları keçirilir. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” premyer-liqada ortalarda qərarlaşsa da, bu turnirdə yetərincə inamlıdı. “Sağsağanlar” dünən səfərdə “Aston Villa”nı 3:1 hesabıyla məğlub etməklə 1/8 finala adladı. Tonali dubl etdi, Voltemade 24 yaşını tamamladığı gün fərqləndi. “Aston Villa” cari mövsümün kəşflərindən sayılır, hazırda premyer-liqada yalnız “Arsenal”la “Mançester Siti”dən geri qalır. Ədalət naminə onu da deyək ki, birmingemlilər artıq 45-ci dəqiqədə Bizotun birbaşa qırmızı vərəqə ilə meydandan qovulması üzündən azlıqda qalmışdı.
“Nyukasl”ın dünən meydana çıxan heyəti: Ramsdeyl, Holl, Bern, Tiav, Trippyer (A.Merfi, 90), Remsi (Uillok, 80), Tonali, Osula (Qordon, 63), Barns, C.Merfi (Elanqa, 63), Voltemade.
ORXAN
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта