RU

ABŞ-dan sonra bu ölkə də elan etdi: İranda hakimiyyəti dəyişmək istəyirik

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, Kanada İranda hökumət dəyişikliyi istəyir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti məlumat yayıb.

Anand Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi Almaniyada qəzetə verdiyi müsahibədə "Rejim dəyişikliyi baş verənə qədər İranla diplomatik münasibətlər qurmayacağıq. Nöqtə" deyib.

Kanadanın İranla münasibətləri xüsusilə pisdir və 2012-ci ildə diplomatik əlaqələri kəsib. Anand şənbə günü İran hökuməti ilə əlaqəli yeddi nəfərə qarşı əlavə sanksiyalar elan etdi və Kanadanın regiondakı diqqətini insan haqlarının boğulmasına yönəltdiyini bildirdi.

ABŞ-ın iki rəsmisi “Reuters” agentliyinə bildirib ki, ABŞ ordusu Prezident Donald Trampın hücum əmri verəcəyi təqdirdə İrana qarşı həftələrlə davam edən əməliyyatlara hazırlaşır.

Cümə günü Tramp İranda rejim dəyişikliyi arzuladığını bildirmişdi.(publika.az)

Избранный
25
4
olke.az

6Источники