RU

Adamın xatirələri yox, borc xərcini yada salan müğənnimiz Orxan Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan kinosunun, ədəbiyyatının, musiqisinin yaxın keçmişinə baxanda, adamın doğrudan da ürəyi ağrıyır. Görəsən, bu qədər bayağılıq, bu qədər zövqsüzlük necə sevilə, seçilə bilib?

Vəziyyət o qədər acınacaqlı olub ki, hətta dövrünün Üzeyir Mehdizadəsi, Rövşən Binəqədilisi olan Səyyad Əlizadə də böyük sənətkar, yaxşı müğənni hesab edilib.

Ümumiyyətlə, heç bir ciddi mahnısı olmayan, nanay-ninay oxuyan adamı necə sənətkar hesab etmək olar? Onun niyə Azərbaycan musiqisində yeri olmalıdır?

Səyyad Əlizadənin oxuduğu mahnılar adamın sümüyünə düşür, ancaq ağır bir metal kimi, özü də, düz onurğa sümüyünə, sütununa. Beləcə, mədəni sütunlarımız çilik-çilik olur.

Təkcə onurğa ilə bitmir, Səyyad Əlizadənin mahnıların adamın beyin sümüyünə də düşür və beləcə dəli olaraq ölürsən.

Səyyad Əlizadənin mahnıları adamın xatirələri yox, borcunu, mənasız dərd-sərini yada salır.

Obrazlı desək, Səyyad Əlizadə heç bayağı da deyil. Bilmirsən, bayağlıqdan o tərəfədir, ya heç hələ bayağı da ola bilmir?

Bir müğəninin ki, möhürünü vurduğu mahnı “Bəyaz gecələr” olsun, o müğənnidən başqa nə gözləmək olar? Onu necə sevmək olar? Doğrudanmı zövqlər bu qədər müxtəlifdir? Belə müxtəliflik olmaz, bu bildiyin həftəbecərdir.

Lap tutaq ki, gecə kimi gözəl bir anı adamın gözündən salan “Bəyaz gecələri” toyda qoşub oynamaq olar, bəs nu “Qaranquşlar yurda gələndə” necə?

Ümumiyyətlə, qaranquşlara qarşı bu nə münasibətdir? Bir canlıya bu qədər zülm nəyə lazımdır? Belə bir mahnı oxumağın özü ayrı, onu mahnını da pis oxumağın lap ayrı biabırçılıqdır.

Səyyad Əlizadənin mahnılarının toylarda çox oxunulmasının bir səbəbi var, o da piyanlıq. Yəni ən azı bir litr içib, üstündən aş və tort yeyilirsə, niyə də qaranquşlar gəlməsin? Niyə də gecələr bəyaz olmasın? Bu boyda zırıltıya qaranquş qalar? Gələr də yazıq qaranquş.

Onsuz da, qaranquş gəldi-gedərdi. Biz isə heç vaxt sərçələrdən muğayət ola bilməmişik.

Ümumiyyətlə, Səyyad Əlizadə əgər kiminsə xoşuna gəlirsə, doğrudan da onu dinləyə bilirsə, dinlədiyi zaman heç bir əzab çəkmirsə, çalışıb intellektual bazasını möhkəmlətsin. Əks halda, zövqü heç vaxt ondan o tərəfə keçməyəcək.

Bu mənada, Səyyad Əlizadənin mahnıları fast-fooddur. Bir ölkənin mədəniyyəti fast-fooda çevriləndə nəticə də belə olur: Tez hazırlanır, tez udulur, amma uzun müddət yeyənin mədəsini də, beynini də sıradan çıxarır. Düşünmürsən, hiss etmirsən, sadəcə çeynəyirsən.

Adətən, belə məqamda əksər adamlar deyir ki, bəs niyə belə deyirsən, xalq sevir. Xalq hər şeyi sevə bilər, amma bu, hər sevilənin dəyərli olması demək deyil. Uşaq da konfet sevir, amma səhər-axşam konfet yeyən uşağın dişi tökülür.

Konkret demək lazımdırsa, əgər bir xalq, kütlə həqiqətən də Səyyad Əlizadəni sevir, ona nostalji yox, konkret olaraq sənətkar kimi baxırsa, demək, bu xalqla gediləcək hələ çox yol var.

Necə deyərlər, orda bir yol var uzaqda, o yol bizim yolumuzdur.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
147
icma.az

1Источники