RU

“Neftçi” 1 belçikalı, 2 nigeriyalı futbolçu transfer etdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” əvəzedici komandasına 3 yeni oyunçu cəlb edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus buna qədər Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Xatırladaq ki, “Neftçi”nin ikinci komandası Əvəzedicilər Liqasının cari mövsümündə 15 oyuna topladığı 31 xalla yarış cədvəlnin 3-cü pilləsində qərarlaşıb. “Ağ-qaralar” 10 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
6
arena.az

10Источники