RU

“Səbirli olmalıyıq, qələbə mütləq gələcək" - “Karvan-Yevlax”ın qapıçısı

style='margin-bottom:10px;'>

“Çətin oyun alındı. Matçın əvvəlində qapımızda qol gördük. Bundan sonra qalan dəqiqələr ərzində əlimizdən gələni etməyə çalışsaq da, heç cür fərqənə bilmədik. Yekunda isə məğlub olduq və buna görə çox məyusuq”. 

QOL.az saytına müsahibəsində bu sözləri “Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş Misli Premyer Liqasının 20-ci turunda “Zirə”yə səfərdə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. 

O, Yevlax klubunun turnir cədvəlində sonuncu olmasını belə şərh edib: “Vəziyyəti dəyişmək, 3 xal qazanmaq üçün əlimizdən gələni edirik. Amma bir çox səbəblərə görə bu, çətin alınır. Bəzən istədiyimiz oyunu göstərə bilmirik, bəzən də bəxtimiz gətirmir. Bu, futboldur, hər şey ola bilər”. 

Əslən Portuqaliyadan olan qolkiper vəziyyətin dəyişəcəyinə ümid edir: “Səbirli olmalıyıq. Qələbə mütləq gələcək. Ümid edirəm ki, bundan sonra xallar qazanmağa başlayacağıq və bu çətin vəziyyətdən çıxacağıq”.

Mateuş komandasının Premyer Liqada qalacağına inanır: “Hələ qarşıda 13 tur var. Qazana biləcəyimiz 39 xal var. Düzdür, bu, çətin olacaq, xüsusən də indiki vəziyyətdə. Amma 1-2 qələbə qazansaq, vəziyyəti dəyişə bilərik. Bəlkə də bundan sonra ardıcıl qələbələr gələcək. Bilmirəm, amma bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Məşqlərdə də çox çalışırıq”.

29 yaşlı qolkiper baş məşqçi Füzuli Məmmədovun gəlişindən sonra komandada müsbətə doğru dəyişiklik olduğunu vurğulayıb: “Təbii ki, hər iki məşqçi fərqlidir, hərəsinin öz iş prinsipi var. Füzuli Məmmədov barədə onu deyə bilərəm ki, çox təcrübəli məşqçidir. O, çox şey bilir və bizə ciddi şəkildə kömək edir. Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir. Biz də eyni şəkildə çalışırıq. İnanıram ki, birlikdə məqsədimizə çatacağıq”. 

Pedro Mateuş Azərbaycan Premyer Liqasında San-Tome və Prinsipidən olan ikinci futbolçudur. O, daha əvvəl ölkəmizdə çıxış edən həmyerlisi Haramis Soares barədə məlumatlı olduğunu qeyd edib: “Haramis mənim yaxın dostum deyil, amma onu tanıyıram. Yaxşı oyunçudur, təcrübəli futbolçudur. Burada da “Neftçi”nin formasını geyib. Hazırda mən millidə çıxış etsəm də, o, yığmaya dəvət almır. Ola bilsin ki, gələcəkdə yenidən birlikdə milli komandada oynayaq. Mən gələn ay milli komandanın düşərgəsinə yollanacağam”. 

Избранный
30
1
teleqraf.com

2Источники