ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveç 1960-cı illərdən bəri ilk dəfə mülki əhalinin təxliyəsi üzrə təlim keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.
Tədbirlərin 2026-cı ilin payızında Qotland adasında keçirilməsi planlaşdırılır və təxminən 300 könüllünün iştirakı gözlənilir.
Daha böyük təlimlər 2027-ci ildə ölkənin şimalında keçiriləcək.
“1950-ci və 1960-cı illərdə bir neçə oxşar təlim keçirilib, onlardan ən böyüyü 1961-ci ildə Stokholmda 30.000 iştirakçı ilə baş tutub”, – deyə bəyanatda qeyd edilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.