RU

Premyer Liqada bombardirlər siyahısında yer alan forvardı klublarımız istəyir - "Şamaxı"nın futbolçusunu

Azərbaycan Premyer Liqasında 7 qolla bombardirlər siyahısında yer alan Kərim Rossi yeni mövsümdə də ölkəmizdə qala bilər. 

Sportal.az saytına verilən məlumata görə, "Şamaxı"nın hücumçusu bu mövsüm nümayiş etdirdiyi performansla Premyer Liqamızda mübarizə aparan daha iddialı klubların da diqqətini çəkib.

31 yaşlı hücumçunun “Şamaxı”da qalmaq ehtimalı da az deyil. Belə ki, bölgə təmsilçisi də isveçrəli forvardına yeni müqavilə təklif edəcək. Təcrübəli hücumçunun yeni futbol ilinə hansı komandada başlayacağı mövsümün sonunda dəqiqləşəcək.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Rossi “Spetsiya”, “Luqano”, “Şaffhauzen”, “Kambur”, “Luqano”, “Telstar”, “Kyasso”, “Trasko Selo”, “Eskilstuna”, “Deva Yunayted”, “Karmiotissa”, “Persis” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Избранный
22
1
sportal.az

2Источники