RU

Azərbaycanlı politoloqun sözləri İrəvanda diqqət çəkdi Bakı ilə sülh sazişi...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti “Sülh Körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana səfər edib.

Globalinfo.az xəbər verir ki, nümayəndə heyəti arasında olan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun Azərbaycan və Ermənistanla bağlı səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətində maraqla qarşılanıb. Bir neçə erməni KİV bu barədə xəbərlər yayıb.

Fərhad Məmmədov çıxışı zamanı bildirib ki, münaqişə dövründə hətta üçüncü ölkələrlə hər hansı ünsiyyət və əldə olunan nailiyyətlər tərəflərdən biri üçün təhlükə hesab edilirdi:

“Bir vaxtlar Azərbaycan üçün yaxşı olan hər şey Ermənistan üçün pis kimi qəbul edilirdi və əksinə. Amma indiki təmaslar və açıq xarici siyasət kursları göstərir ki, tərəflər üçüncü ölkələrlə münasibətləri bir-birinə qarşı istifadə etmək niyyətində deyil. Paralel olaraq isə sülh gündəliyi də formalaşıb”.

O, regionda, xüsusilə də Ermənistanda silahlanma mövzusunun diqqətlə izləndiyini qeyd edib:

“Eyni proses Ermənistanda da baş verir. Hesab edirəm ki, sülh sazişinin imzalanması və sonrakı ratifikasiyası — yəni yaxın yarım ilə iki il ərzində — bu məsələyə aydınlıq gətirəcək. Qarşı tərəfin militarizasiyası ilə bağlı hər hansı narahatlıq yaşamamalıyıq. Məsələn, Gürcüstanın militarizasiyası nə Azərbaycanda, nə də Ermənistanda təhlükə kimi qəbul edilmir. Əgər biz ardıcıl şəkildə sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində irəliləsək, müəyyən mərhələdə bu məsələ bizi tam narahat etməyəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
globalinfo.az

1Источники