Son dövrlər açıqlamaları ilə yenidən gündəmə gələn rəqqasə Asena bu dəfə uşaqlıq illərinə dair etiraflarıyla diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, Asena “Şimdi konuşmak moda” verilişində hər cümə fiziki zorakılığa məruz qaldığını bildirib.
48 yaşlı rəqqasə həmin dövrün həyatında dərin və sağalmaz izlər buraxdığını vurğulayıb.
Asena bildirib ki, uşaqlıq illərində evə getmək istəmirmiş:
“Bütün uşaqlar həftəsonunu səbirsizliklə gözləyirdi. Mən isə istəmirdim. Məktəbdə qalmaq istəyirdim. Çünki hər cümə günü mütləq bir səbəb tapılırdı və mən döyülürdüm. Bu, artıq yazılmamış bir qaydaya çevrilmişdi. Evdə oxlov qalmamışdı. Gedib zoğal ağacından çubuq düzəltdirmişdilər”.
Asena bir müddət əvvəl “İbo Show”nun Yeni il buraxılışında uzun illər küsülü olduğu İbrahim Tatlısəslə bir araya gəlmiş və 25 ildən artıq davam edən incikliyə son qoymuşdu. Bu barışıq da sosial mediada maraqla qarşılanmışdı.
"Cebheinfo.az"