RU

Suriya Ordusu ABŞ hərbçilərinin tərk etdiyi daha bir bazanı nəzarətə götürüb

Suriya Ordusu Haseke əyalətində, Əl-Cəbs neft yatağı yaxınlığında yerləşən Əş-Şəddadi hərbi bazasını nəzarətə götürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə SANA Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın nəzarətində olmuş Əş-Şəddadi hərbi bazasından amerikalı hərbi qulluqçuların və döyüş texnikasının mərhələli şəkildə çıxarılmasına keçən il aprel ayından başlanılmışdı.

 
Xatırladaq ki, bundan əvvəl Suriya Ordusu ABŞ hərbçilərinin tərk etdiyi əl-Tənf hərbi bazasını nəzarətə götürüb.

Избранный
40
1
xezerxeber.az

2Источники