RU

Fənər dən növbəti əzmkarlıq Tedesko tarixi rekordun astanasındadı

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə çempionatında 22-ci turun mərkəzi oyununda ''Fənərbaxça'' ''Trabzonspor''un qonağı oldu. "Football-plus.az" xəbər verir ki, oyun İstanbul nəhəngi üçün uğurlu başlamadı. Muçi artıq 6-cı dəqiqədə meydan sahiblərini hesabda önə keçirdi. Amma bu mövsüm dəfələrlə xarakter göstərən ''Fənər'' yenə vəziyyəti lehinə dəyişə bildi. Talişka və Kərəm Aktürkoğlunun qoluna trabzonluların əsas bombardiri Onuaçu cavab verdi və ilk hissə 2:2-lik bərabərliklə yekunlaşdı. Amma ikinci hissənin əvvəllərində ''sarı-lacivərdlilər''in bu mövsüm ən yaxşı oyunçularından biri olan Asensionun vurduğu qol həlledici oldu. ''Fənər'' bununla da ''Trabzonspor'' üzərində ardıcıl 5-ci qələbəni qazanmış oldu. İstanbul nəhənginin bu rəqibə qarşı sonuncu dəfə belə seriyası 2002-05-ci illərdə olmuşdu. Maraqlıdı ki, komandanın Trabzonda əldə etdiyi son 3 qələbənin hər birində 3:2 hesabı qeydə alınıb. ''Fənər'' bu mövsüm Türkiyə çempionatında hesabda geriyə düşdüyü oyunlarda ən çox (14) xal qazanan komandadı. Səfərdə isə ''Fənər'' hesabda geriyə düşdüyü 4 qarşılaşmanın hamısında qələbə qazanıb! Bu nəticə ilə komanda tarixində ilk dəfə mövsümün ilk 22 turunu məğlubiyyətsiz tamamlamış oldu! Domeniko Tedesko da yavaş-yavaş adını klub tarixinə yazdırır. O, ''Fənər''in başında keçirdiyi 19-cu superliqa oyununda da məğlubiyyət acısı yaşamadı (13 qələbə, 6 heç-heçə). Klubun tarixində daha öncə yalnız bir məşqçi - ingiltərəli Oskar Hold (1964/65) ilk 19 çempionat oyununda məğlubiyyət acısı yaşamamışdı. ''Fənər'' növbəti turda ''Kasımpaşa''ya da uduzmasa, Tedesko adını klub tarixinə yeni rekordla yazdırmış olacaq!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
112
1
icma.az

2Источники