RU

Azərbaycan şahmatçısı: "Dünya çempionu olmaq şansım var, amma..."

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya çempionu olmaq şansı var, amma illər əvvəl olduğu qədər deyil.

"Ölkə.az"ın məlumatına görə, bu barədə Şəhriyar Məmmədov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Təcrübəli qrossmeyster pandemiya vaxtı məşqçiliyə də başladığını xatırladıb:

"Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım".

O, gənc şahmatçılara məşqçi olmağı məsləhət görməyib:

"Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdır. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edir. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm, məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şansım var, amma illər əvvəl olduğu qədər deyil".

Избранный
9
5
olke.az

6Источники