ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ hava qüvvələri Suriyadakı İŞİD infrastrukturunu və silah anbarlarını çoxlu sayda dəqiq sursatla hədəfə alıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın İŞİD terror təşkilatının qalıqlarına qarşı davam edən hərbi təzyiqinin bir hissəsi olaraq, 3-12 fevral tarixləri arasında Suriyada 30-dan çox İŞİD hədəfinə 10 hava hücumu həyata keçirdiyi bildirilir.
Bəyanatda ABŞ ordusunun İŞİD hədəflərinə qarşı əvvəlki hava hücumlarının 27 yanvar - 2 fevral tarixləri arasında həyata keçirildiyi və terror təşkilatına məxsus rabitə mərkəzi, strateji logistika məntəqəsi və silah anbarlarının beş ayrı hava hücumunda vurulduğu qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az