Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
"Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri. Almaniya 13-15 fevral 2026-cı il".
Qeyd edək ki, Prezident İlham Əliyev konfrans çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Ukrayna Prezidenti Volodimir Zelenski və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşlər keçirib.