RU

Rusiyada “Aurus”un istehsalı dayandırılır Alıcı yoxdur

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rus Rolls-Roysu” adlanan “Aurus” avtomobillərinin Elabuqa zavodundakı istehsalı dayandırılır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, avtomobilin alışı dayandırılıb.

“Vəziyyət olduqca sadədir: məmurlar və dövlət şirkətləri artıq avtomobilləri alıblar, lakin adi insanlar 50-70 milyon rubl dəyərində avtomobili ala bilmirlər. Xaricdə bu avtomobilə maraq demək olar ki, yoxdur. Hətta Kim Çen İn da hədiyyə edilmiş “Aurus”u sürdükdən sonra yenidən “Mercedes-Maybax”a keçib. Zavodun hazırda yeni sifarişləri yoxdur, lakin 80 milyon avrodan çox borcu var”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
axar.az

2Источники