''Qalatasaray'' və Türkiyə futbolu tarixinə adını qızıl hərflərlə yazdıran Fatih Terimin son paylaşımı diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, ''İmperator'' 2,5 milyon təqibçisi olan ''instaqram'' səhifəsində 80 saniyəlik bir video paylaşıb. ''Adətən deyirlər ki, çox yaxında'' ifadəsini yazan ünlü mütəxəssis bu sözün yanına göz vurmaq emojisi və qum saatını da əlavə edib. Terimin videoda ''yeni nəslə yol göstərmək və gələcəyə miras buraxmaq'' sözləri maraq doğurub. Təcrübəli mütəxəssis bunu yeni layihə adlandırsa da, detallar barədə heç bir məlumat verməyib.
Türkiyə futbol ictimaiyyəti isə indidən bu layihənin nədən ibarət olacağı üzərində baş sındırır. Çox güman, Terim bundan sonra hansısa futbol akademiyasında gənclərlə çalışacaq. Ancaq onun məşqçilik karyerasını birdəfəlik başa vurub-vurmaması barədə dəqiq məlumat yoxdu.
Xatırladaq ki, ən son ''Əl-Şabab''ı çalışdıran 72 yaşlı mütəxəssis ötən yaydan, yəni Səudiyyə Ərəbistanından ayrıldıqdan bu yana işsizdi. Bir ara onun Çexiya yığmasının başına keçəcəyi söylənilsə də, bu iddialar doğrulmadı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта