RU

Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər

Ankara, 15 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi səylərini müzakirə etməyi planlaşdırır. Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyətə xüsusi diqqət yetiriləcək.

BƏƏ Körfəz ölkələri arasında Türkiyənin ən böyük ticarət tərəfdaşıdır. Ankara ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi ildə 16 milyard dollara çatıb. Türkiyə və BƏƏ liderləri qarşılıqlı ticarəti 40 milyard dollara çatdırmaq üçün qarşıya ortamüddətli məqsəd qoyublar. Türkiyə Prezidentinin BƏƏ-yə son səfəri 2023-cü ilin iyul ayında baş tutub. Tərəflər ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırdıqlarını elan ediblər.

Daha sonra Türkiyə lideri Efiopiyaya səfər edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
42
8
azertag.az

10Источники