Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş "baş siçantutan"ı - pişik Palmerston vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat pişiyə məxsus "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Görkəmli diplomat Palmerston 12 fevral tarixində dünyasını dəyişib", - deyə paylaşımda bildirilir.
Heyvanın təxminən 12 yaşı var idi.
Qeyd edək ki, Palmerston 2016-cı ilin aprelindən 2020-ci ilin avqustuna qədər Britaniya XİN-in iqamətgahında baş siçantutan vəzifəsində çalışıb.
Pişik oraya "Battersea Dogs and Cats Home" sığınacağından gətirilmişdi. Palmerston "istefaya çıxdıqdan" sonra nazirliyin əməkdaşlarından birinin evində yaşayırdı.



