RU

FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətitərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıdakeçiriləcək 13-cü Sessiyasına (WUF13) hazırlıqla əlaqədar toplantıtəşkil olunub.

Bu barədə Trend-əFövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təminedilməsi” mövzusunda keçirilən toplantıda FHN-in Dövlət YanğınNəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedəİşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti DövlətAgentliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan TurizmBürosunun məsul vəzifəli şəxsləri, eləcə də mehmanxanalarınnümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təminolunmasının vacibliyi, lift və digər qaldırıcı qurğuların sazvəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafındageniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir BMT-nin Ümumdünya Şəhərsalma ForumununBakıda keçiriləcək 13-cü sessiyası çərçivəsində görülən hazırlıqişlərinin tərkib hissəsidir.

FHN-də
FHN-də
FHN-də
FHN-də
FHN-də
Избранный
118
15
az.trend.az

10Источники