RU

“Peşman deyiləm” amerikalı dağ xizəkçisi qərarını müdafiə etdi

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Amerikalı dağ xizəkçisi Lindsi Vonn Olimpiya-2026-da iştirak etmək qərarına görə peşman olmadığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Vonn yanvarın sonunda dizinin çarpaz bağlarını qoparmasına baxmayaraq, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında start götürmək qərarı verib. Fevralın 8-də 2010-cu ilin Olimpiya çempionu sürətli eniş yarışında mübarizə aparıb və dəhşətli yıxılma səbəbindən məsafəni başa vura bilməyib. Helikopterlə xəstəxanaya çatdırılan idmançı üçüncü əməliyyatını keçirib.

Vonn sosial şəbəkə hesabında bunları yazıb:

“Son əməliyyat uğurla keçdi! Şükürlər olsun ki, nəhayət ABŞ-a qayıda biləcəyəm! Qayıdan kimi zədəm barədə daha çox xəbər və məlumat paylaşacağam. Amma indi burada, yatağımda oturub düşünərkən bölüşmək istədiyim bir neçə fikir var.

Mənə yazılan çoxlu mesaj və şərhləri oxudum, orada baş verənlərin insanları məyus etdiyi deyilir. Xahiş edirəm, kədərlənməyin. Mən həmrəyliyi, dəstəyi və sevgini qəbul edirəm, amma kədəri yox. Ümid edirəm ki, bu sizə mübarizəni davam etdirmək üçün güc verəcək, çünki mənim etdiyim və etməyə davam edəcəyim məhz budur. Həmişə.

Nə etdiyimi bilirdim. Risk etməyi seçdim. Startda olan hər bir xizəkçi eyni risklə üz-üzə idi.

Mən bacara biləcəyimə tam əmin olduğum şey üçün risk etməyə, çalışmaya və qurban verməyə hazır idim. Potensialımı göstərməyib sonra peşman olmaqdansa, risk edib yıxılmağa hər zaman hazıram. Həyatda heç nə təmin olunmayıb, arzunun arxasınca getməyin riski də budur: yıxıla bilərsən, amma sınamasan, heç vaxt bilməyəcəksən. Ona görə xahiş edirəm, kədərlənməyin. Buna dəyərdi. Heç nəyə görə peşman deyiləm, xizəyə sevgim qalır. Yenidən dağın zirvəsinə qalxacağım anı səbirsizliklə gözləyirəm, bunu edəcəyəm”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
icma.az

2Источники