RU

Klinton Trampı sərt tənqid etdi: Bu, rüsvayçılıqdır!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Tramp administrasiyasını tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə mk.ru saytı məlumat yayıb.

O, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini “utancverici” adlandırıb

Klinton həmçinin Rusiyaya zərbələr endirmək üçün Kiyevə uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin verilməsini tələb edib.

“Ukraynanı Rusiya Prezidenti Vladimir Putinə təslim olması üçün razılaşdırmağa çalışmaq rüsvayçılıqdır. Bu gün Ukrayna cəbhə xəttində vuruşur, Qərbin demokratik, azadlıq və sivilizasiya dəyərlərimizi müdafiə edir. Donald Tramp ya münaqişədəki əzabların miqyasını başa düşmür, ya da buna laqeyd yanaşır”, – deyə Klinton Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

O, həmçinin Ağ Ev rəhbərini Qərb birliyini və beynəlxalq öhdəliklərini pozmaqda günahlandırıb:

“Tramp Qərbə, insani dəyərlərə – NATO Nizamnaməsinə , Atlantik Nizamnaməsinə, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə xəyanət edib”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники