RU

"Bavariya" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır

Türkiyənin "Qalatasaray" klubunun və Nigeriya millisinin futbolçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, "Bavariya" hücumçu ilə maraqlanır.

Afrikalı forvard Münhen təmsilçisinin izlədiyi oyunçulardan biridir. Almaniya çempionunun növbəti transfer dönəmində Osimhen üçün təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, nigeriyalı futbolçu cari mövsüm "Qalatasaray" forması ilə 22 matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
27
far.az

1Источники