"ABŞ nüvə proqramı ilə bağlı güzəştlər əldə etmək ümidi ilə İrana qarşı "maksimum təzyiq" kampaniyasını gücləndirmək niyyətindədir.
Azreform.info xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"İranın neft ixracının 80%-dən çoxu Çinə gedir və Vaşinqton bu daşınmalara qarşı tədbirləri gücləndirməyi planlaşdırır. Mənbələrə görə, Tramp və Netanyahu İrana qarşı strategiyaları ilə bağlı fikir ayrılığına düşüblər: Netanyahu razılaşmanı qeyri-mümkün hesab edir, Tramp isə danışıqlara icazə verir. Lakin Amerika rəsmiləri razılaşma şanslarını son dərəcə aşağı qiymətləndirirlər", nəşr qeyd edir.