RU

Rusiya, ABŞ və Ukrayna danışıqları məlumat sızması olmadan aparmağa razılaşıb

BAKI, 15 fevral. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların iştirakçıları müzakirələrin məlumat sızması olmadan aparılması barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfinin təzyiqi və cəbhədəki vəziyyət fonunda Kiyev yenidən danışıqlar masasına qayıdıb. 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna formatında işçi qrupun iclasları keçirilib.

Qaluzin qeyd edib ki, tərəflər sükut rejimində işləmək və müzakirələrin gedişi ilə bağlı məlumat sızmalarına yol verməmək barədə razılığa gəliblər. Bu səbəbdən o, danışıqların məzmunu və detalları barədə şərh verməkdən imtina edib.

Избранный
25
teleqraf.com

1Источники