RU

Rza Pəhləvidən Trampa ÇAĞIRIŞ

Ajans.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, 1979-cu ildə monarxiyanın süqutundan sonra qurulan İslam Respublikasının mövcudluğuna son qoymaq vaxtı çatıb. “İran xalqı sizin yardımın artıq yolda olduğu barədə sözlərinizi eşitdi və sizə inanır. Onlara kömək edin. İslam Respublikasına son qoymağın vaxtı çatıb. Bu çağırış həmvətənlərimin qan tökülməsi fonunda səslənir. Onlar bizdən rejimi islah etməyi yox, onu dəfn etməyə kömək etməyi xahiş edirlər”, — deyə Rza Pəhləvi bildirib.

Bu yaxınlarda Donald Trump ayətullahlar rejiminin devrilməsinin İran üçün ən yaxşı nəticə olacağını bəyan edib. O izah edib ki, İslam Respublikasına qarşı hərbi təzyiqi artırmaq məqsədilə Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərib.

Избранный
56
1
Ajans.az

2Источники