RU

KİV: Münhendə Zelenski ilə Kiyevin maliyyələşdirilməsi üzrə danışıqlar nəticəsiz qalıb

BAKI, 15 fevral. TELEQRAF

Münhen konfransında Avropa liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanın maliyyələşdirilməsi məsələsi üzrə apardığı danışıqlar razılaşma ilə yekunlaşmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.

Qəzetin məlumatına görə, Kiyevin tərəfdarlarının görüşündə Berlinin dondurulmuş Rusiya aktivlərindən 90 milyard avronun ABŞ-dən silah alınmasına yönəldilməsi təklifi müzakirə olunub. Lakin təşəbbüs dəstək qazanmayıb.

Nəşr qeyd edir ki, müzakirələr Ukrayna Silahlı Qüvvələri üçün çətin bir dövrdə baş tutub.

“Münaqişə zamanı ölkə liderinin eşidə biləcəyi ən pis şeylərdən biri, Hərbi Hava Qüvvələrinin komandanının zenit qurğularının boş olduğunu deməsidir”, - məqalədə Zelenskinin sözləri sitat gətirilir.

Qəzet həmçinin yazır ki, cəbhədəki vəziyyət fonunda Zelenski Avropa tərəfdaşlarına münasibətdə ritorikasını dəyişib. O, daha əvvəl Davos forumunda onları tənqid etmişdi.

Избранный
28
teleqraf.com

1Источники