RU

Rubio: ABŞ Ukrayna danışıqlarından geri çəkilməyəcək

BAKI, 15 fevral. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdə Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakını davam etdirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqqotun yazılı bəyanatında deyilir.

Məlumata görə, Rubio həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində G7 ölkələrinin diplomatik qurum rəhbərləri ilə görüşüb. O, ABŞ-nin Venesuelada sabitliyin qorunmasına sadiq qaldığını və Ukraynadakı münaqişənin dayandırılması məqsədilə danışıqların davam etdirilməsinin vacibliyini təsdiqləyib.

Piqqotun sözlərinə görə, tərəflər Afrika, Avropa və Yaxın Şərqdə sülh və sabitliyə təhdid yaradan davam edən münaqişələr, eləcə də Hind-Sakit okean regionu və Qərb yarımkürəsində təhlükəsizlik çağırışları kimi aktual məsələləri müzakirə ediblər.

Sənəddə qeyd olunur ki, Rubio və həmkarları qlobal təhlükələrə cavab vermək üçün G7 ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Избранный
21
teleqraf.com

1Источники