RU

Gözlənilmədən finala gedir

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yılmaz Erdoğan və Hazar Ergüçlü kimi ulduzların rol aldığı, hər bölümü ilə müzakirələrə səbəb olan "İnci Taneleri" serialının final tarixi bəlli olub. Ekran işinin pərəstişkarları üçün gözlənilməz olan bu xəbər serialın pərdəarxası dünyasında artıq təsdiqlənib.Demokrat.az xəbər verir ki, Kanal D ekranlarında yayımlanan və Yılmaz Erdoğanın həm ssenari müəllifi, həm də başrol ifaçısı olduğu "İnci Taneleri" serialı finala doğru addımlayır. Jurnalist Birsen Altuntaşın paylaşdığı məlumata görə, reytinqlərdə hər zaman yuxarı sıralarda yer alan ekran işi cəmi 4 bölüm sonra efir həyatını sonlandıracaq. Yanvar ayında üçüncü mövsümünə başlayan serial, 51-ci bölümlə tamaşaçılarına vida edəcək.2024-cü ilin yanvarından bəri yayımlanan layihə, xüsusilə Hazar Ergüçlünün rəqs səhnələri və Erdoğanın qələmindən çıxan dərindüşüncəli dialoqları ilə yaddaşlarda qalıb. Kubilay Aka və Selma Ergeç kimi uğurlu adların da yer aldığı serialın niyə belə tez bitdiyi barədə rəsmi açıqlama verilməsə də, hekayənin planlaşdırılan sona çatdığı ehtimal edilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
demokrat.az

1Источники