RU

Şumaherin ilk bolidi 5 milyona satıldı

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mihael Şumaherin ilk bolidi hərracda 5,082 milyon avroya satılıb."Football-plus.az" xəbər verir ki, almaniyalı pilotun ilk qələbəsini qazandığı “Benetton B192” avtomobilinin start qiyməti 8,5 milyon avro olub. Sövdələşmə nəticəsində məbləğ aşağı salılıb.57 yaşlı Şumaher “Formula-1” yarışlarında çempion titullarının sayına görə iki rekordçudan biridi. Britaniyalı Lüis Hemilton da 7 dəfə çempion olub. Karyerası boyunca 91 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan almaniyalı 2013-cü ildə Alp dağlarında xizək sürərkən ağır baş-beyin zədəsi alıb.Qəzadan sonra uzun müddət komanda olub, süni nəfəs aparatına qoşulub. Ailəsi ictimaiyyətə onun sağlıq durumu haqda bilgi vermir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
icma.az

2Источники