RU

Ayın ən yaxşı məşqçisi seçildi

İngiltərə premyer-liqasında yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Maykl Karrik qalib gəlib. “Mançester Yunayted” onun rəhbərliyi altında “Arsenal”ı (3:2) və “Mançester Siti”ni (2:0) məğlub edib. MY-nin London təmsilçisinə 2022-ci ildən sonra ilk dəfə qalib gəldiyini də bildirək.

44 yaşlı Karrik 2024-cü ilin aprelindən sonra ayın ən yaxşı məşqçisi adına layiq görülən ilk ingilis mütəxəssis olub. Ondan əvvəl mükafatı həmyerlisi Şon Dayç qazanmışdı.

Xatırladaq ki, Kerrik MY-də yanvarın 5-də istefaya göndərilən portuqaliyalı Ruben Amorimi əvəz edib.

Избранный
112
football-plus.az

1Источники