RU

NAZİR ÜÇ MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD EDİB Generallardan AÇIQLAMALAR

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb.

"AzPolitika" "manset.az"-a istinadla verdiyi məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib: "Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".

General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub.

Qeyd edək ki, Faiq Tağızadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var.

2000-ci illərin əvvəllərindən FHN rəhbərliyində təmsil olunur.

Fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev işdən çıxarılması ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”, -  deyə, o, bildirib. 

Mirzəyev  bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:“Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.

(Yuxardakı fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
azpolitika.info

1Источники